İyulun 8-də Türkiyədə baş vermiş qatar qəzasında ölənlərin sayı 24-ə çatıb.
 
Ədirnə vilayətinin Uzunkörpü rayonundan İstanbulun Halkalı stansiyasına hərəkət edən sərnişin qatarı yerli vaxtla saat 17:00 radələrində Tekirdağ vilayətinin Çorlu və Muratlı rayonları arasında relsdən çıxaraq aşıb. Hadisə zamanı qatarda 362 sərnişin və 6 ekipaj üzvü olub.
 
İlkin məlumata əsasən 5 vaqonun aşması nəticəsində 10 nəfərin öldüyü açıqlanmışdı. Lakin iyulun 8-də səhər saatlarında səhiyyə naziri Rəcəb Akdağ ölənlərin sayının 24-ə yüksəldiyini açıqlayıb. 318 yaralı xəstəxanalara aparılıb, onlardan 194-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb.
 
Hadisənin səbəbi kimi leysan yağışlarının relslərin altındakı torpaq qatını yuması göstərilir.
 
RePost.Az

Baxış sayı: 3086 | Tarix: 09.07.2018
Bizi Telegramda izləyin: @repostaz