DÇ-2018-in ən gözəl qolu müəyyənləşib.
 
Apasport.az xəbər verir ki, bu barədə FİFA öz saytında səsvermə keçirib. Ümumilikdə 64 matçda qeydə alınan 169 qoldan 18-nin namizəd kimi göstərildiyi seçimlərdə azarkeşlər Benjamin Pavarın qolunu önə çıxarıblar.
 
Belə ki, Fransa ilə Argentina arasındakı 1/8 final mərhələsi matçında birincilərin müdafiəçisinin hesabı 2:2 edən qolu bütün digər namizədlərdən daha çox səs toplayıb. Sözügedən oyun Fransa millisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşmışdı.
 
Maraqlıdır ki, 2006-cı ildən təsis olunan “Mundialın ən gözəl qolu” nominasiyasında ilk dəfə avropalı oyunçu qalib adını qazanıb. Bu vaxta qədər Maksi Rodrigez (Argentina – 2006), Dieqo Forlan (Uruqvay – 2010) və Xames Rodrigezin (Kolumbiya – 2014) qolları ən yaxşı adına layiq görülmüşdü.
 
RePost.Az


Baxış sayı: 3314 | Tarix: 25.07.2018
Bizi Telegramda izləyin: @repostaz