Türkiyənin İsparta bölgəsində həvəskarlar liqasında çıxış edən “Gülspor” klubu xərclərini qarşılamaq üçün qeyri-adi addım atıb.
 
RePost.Az Unikal.org-a istinadən xəbər verir ki, klub yetişdirdiyi 18 futbolçusunu 15 min lirəyə sataraq həmin pula 10 baş keçi alıb. İlk ildə keçilərin südünün satışından 4-5 min lirə qazanc və 20 bala gözlənilir. 6 ildən sonra keçilərin sayının 140-a çatacağı proqnozlaşdırılır. Əldə olunacaq vəsaitin klubun inkişafına töfhə verəcəyi bildirilir.
 
Qeyd edək ki, 1954-cü ildə təsis edilən “Gülspor” İspartanın ən köklü klublarından hesab olunur. Hazırda klubun müxəlif yaş qruplarında, ümumilikdə, 150 futbolçu yer alıb.
 
RePost.Az

Baxış sayı: 3808 | Tarix: 14.08.2018
Bizi Telegramda izləyin: @repostaz