"Neftçi" futbol klubunun 1959-cu ildə Türkiyənin "Günəş" komandası ilə qarşılaşmasının görüntüləri yayılıb.
 
RePost.Az-ın “İndigo” jurnalına istinadən verdiyi xəbərə görə, yoldaşlıq görüşü 1959-cu ildə Bakıda İosif Stalin adın Respublika Stadionunda (indiki Tofiq Bəhramov adına Respublika Stadionu – red.) keçirilib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada hesab eçılmayıb - 0:0. 
 
Xatırladaq ki, 1933-cü ildə “Qalatasaray”dan ayrılan "Günəş" 27 nəfərin təşəbbüsü ilə qurulub. İstanbul təmsilçisinin ilk prezidenti isə M.K.Atatürkün sadiq yavəri Cevat Abbas Gürer seçilib. Komanda 1937/1938 mövsümündə həm milli çempionatın, həm də İstanbul Futbol Liqasının qalibi olub.
 
RePost.Az


Baxış sayı: 3257 | Tarix: 24.08.2018
Bizi Telegramda izləyin: @repostaz