Gəncə Şəhər İcra Hakimiyyətinin baş mütəxəssisi Aytəkin Məmmədova vəzifəsindən azad olunub.
 
RePost.Az report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov müvafiq əmr imzalayıb.
 
Həmin vəzifəyə hələlik təyinat olmayıb.
 
Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi İbrahimov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.
 
RePost.Az
 

Baxış sayı: 3048 | Tarix: 11.09.2018
Bizi Telegramda izləyin: @repostaz