Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
 
İlk iki görüş B qrupuna təsadüf edib.
 
İspaniya "Barselona"sı "Kamp Nou"da Hollandiya PSV-sini qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Qollardan 3-nü 32, 77 və 87-ci dəqiqələrdə Lionel Messi, digərini 75-ci dəqiqədə Usman Dembele vurub. Kataloniya komandası 79-cu dəqiqədə Samüel Yumtitinin qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.
 
Qrupun digər oyununda "İnter" İtaliyada İngiltərə "Tottenhem"i üzərində əzmkar qələbə qazanıb. Hesabı 53-cü dəqiqədə qonaq komandadan Kristian Eriksen açsa da, 86-cı dəqiqədə Mauro İkardi, 90+2-ci dəqiqədə isə Matias Vesino fərqlənib.
 
Bu nəticələrdən sonra "Barselona" və "İnter" hərəyə 3 xalla qrupda ilk 2 yeri bölüşür. Sonrakı yerlərdə olan "Tottenhem" və PSV isə xalsızdır.
 
BAKU.WS

Baxış sayı: 3333 | Tarix: 18.09.2018
Bizi Telegramda izləyin: @repostaz