Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyevin qızı Nərmin Şirəliyeva nazir təyin edilib. RePost.Az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Moskva diyarının qubernatoru Andrey Vorobyev qərar qəbul edib. Onun sözlərinə görə, Nərmin Oktay qızı Şirəliyeva mədəniyyət naziri vəzifəsini daşıyacaq. Qeyd edək ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirən Şirəliyeva ingilis və fransız dillərini bilir. O, 2013-cü ildən Moskva qubernatorunun administrasiyasında çalışıb.

Baxış sayı: 4568 | Tarix: 25.09.2018
Bizi Telegramda izləyin: @repostaz