Azərbaycan gücləndikcə onunla rəqabətdə olan, ölüm-dirim mübarizəsi aparan qüvvələrin, dövlətlərin mütəşəkkil müqavimət, hücum kombinasiyaları da təkmilləşir.
 
Bu sözləri tanınmış telejurnalist Mir Şahin Ağayev ötən həftə Real TV-də yayımlanan “Mirşahinin vaxtı” verilişində bildirib.
 
Mir Şahin Azərbaycana təhlükə yarada biləcək xarici risklərdən danışıb.
 
“Şəxsən mən Azərbaycan əleyhinə istifadə edilən vasitə və fərdləri xarici risk sayıram. Bir sıra Avropa dövlətləri fəallaşdılar. Onlar Azərbaycana qarşı elə Azərbaycanda olan fərarilərdən istifadə edirlər”, - deyə Mir Şahin bildirib.
 
Mir Şahin həmçinin Sevinc Osmanqızı haqda da danışıb və onun haqda şok faktları açıqlayacağının anonsunu verib.
 
“Sevinc Osmanqızı nə qədər idbar, murdar aura yaysa da, bəzən ondan da öyrənmək olar. Adam, yaxud adamcıq. O, öz qurbanının səhifəsini “Facebook”da bağlada bildi.
 
Deməli bunu etmək olar. O, öz sərbəst zəvzəkləmələrilə az-çox peşəkarlığı olanlara maraqlı deyil. Mən bu küpəgirən qarı haqqında 20 noyabrda danışacağam.
 
Onu 27 il əvvəlki vətəndaş bakirəliyinə qaytaracağam. 2 qəza konteksində. Ataya qəzan mübarək deyəcəm. Qızının isə uğradığı qəzadan danışacağam”
 
Daha ətraflı isə videodan baxa bilərsiz:
 
RePost.Az


Baxış sayı: 2953 | Tarix: 16.10.2018
Bizi Telegramda izləyin: @repostaz