“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu bəyan edib ki, “Real” komandasından klubun prezidenti Florentino Peresə görə ayrılıb.
 
RePost.Az-ın xəbərinə görə, portuqaliyalının sözlərini “France Football” nəşri sitat gətirir.
 
“Mən hiss edirdim ki, klub və onun prezidenti Peresin mənə qarşı münasibəti dəyişmişdi. İlk 4-5 ildə mən özümü Kriştianu Ronaldu kimi hiss edirdim. Sonra bu olmadı. Prezident mənə elə baxırdı ki, elə bil mən daha əvəzolunmaz deyiləm”, – Ronaldu qeyd edib.
 
Portuqaliyalı qeyd edib ki, Peres onun “Real”dan getməsinin qarşısını almaq istəmirdi. O, həmçinin əlavə edib ki, “Yuventus”a keçidi pulla əlaqədar deyil:
 
“Əgər mən daha çox pul istəsəydim, Çinə gedərdim. Fərq ondadır ki, “Yuventus” məni istəyirdi”.
 
Ronaldu həmçinin qeyd edib ki, altıncı dəfə “Qızıl top” almaq üçün layiqli namizəddir.
 
RePost.Az

Baxış sayı: 3048 | Tarix: 30.10.2018
Bizi Telegramda izləyin: @repostaz