Tanınmış jurnalist Gündüz Nəsibov qəfil dünyasını dəyişib.
 
RePost.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat veriblər. Verilən məlumata görə, jurnalist Gündüz Nəsibov ötən gecə qəfil vəfat edib.
 
Onun infarktdan öldüyü bildirilir.
 
Qeyd edək ki, Gündüz Nəsibov 1967-ci ildə Qazaxın Aslanbəyli kəndində doğulub. Müxtəlif qəzet və jurnallarda işləyib. Bir neçə kitabın müəllifidir. 
“1905.az” saytında redaktor vəzifəsində işləyirdi.
 
Allah rəhmət eləsin!
 
RePost.Az

Baxış sayı: 2320