Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “20 Yanvar – Ümumxalq Hüzn Günün”ün 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
 
Tədbirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, gənclər təşkilatlarının üzvləri, fəal gənclər, tələbələr iştirak etdilər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi. Daha sonra Tofiq Quliyev adına 12 #li musiqi məktəbinin şagirdlərinin və məzunlarının ifasında müvafiq xalq musiqi kompozisiyaları səsləndirildi. 
 
Tədbir zamanı iştirakçılara Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə əsaslı təmir edilən Şəhidlər xiyabanına həsr olunmuş “Müqəddəs Məkan” sənədli film nümayiş olundu.
 
20 Yanvar faciəsi nə qədər acınaçaqlı olsa da, bu tarixi hadisə xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizəsini qıra bilmədi.  Həmin gecə həyatlarını qurban verən vətən övladları Azərbaycanın tarixinə yeni bir səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. İllər ötdü və bu gün müstəqil Azərbaycan Respublikasının tarixinə 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu tarix hər zaman Azərbaycan xalqı tərəfindən yad ediləcək, çünki şəhidlərin qanları Azərbaycanın müstəqilliyi uğrunda böyük bir qəhramanlıq nümunəsidir. 
 

Baxış sayı: 3276 | Tarix: 21.01.2019
Bizi Telegramda izləyin: @repostaz