Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) daha bir ciddi kadr islahatı baş verib.
 
RePost.Az-ın məlumatına görə, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədov Mədəniyyət kanalının müdir müavini Nadir Axundovu işindən azad edib.
 
AzTV-nin yeni sədr əvəzi Nadir Axundovun yerinə tanınmış aparıcı Emil Şahzadəni təyin edib. 
 
Xatırladaq ki, Nadir Axundov Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovla bacanaqdır.
 
Bundan başqa AzTV-nin Baş mühəndisi, "Əməkdar mühəndis” Knyaz Mehdiyev,  xüsusi işlərin idarə edilməsi departamentinin rəisi Mansur Bayramov, Sədrin texniki məsələlər üzrə müavinləri - Nazim Mürsəlov və Zaur Hüseynzadə də AzTV-dəki işini itirib. 
 
RePost.Az

Baxış sayı: 3124 | Tarix: 24.01.2019
Bizi Telegramda izləyin: @repostaz