Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
 
RePost.Az-ın məlumatına görə, BŞİH-nin başçısı Eldar Əzizovun imzaladığı əmrə əsasən, İcra Aparatının Hüquq Şöbəsinin müdiri vəzifəsinə İlqar Əlizadə təyin edilib.
 
İlqar Əlizadə Milli Məclisin Dövlət Qulluğu və Kadr Məsələləri Şöbəsinin müdir müavini vəzifəsində işləyib.
 
Qeyd edək ki, İlqar Əlizadənin də yerinə təyinat olub.
 
RePost.Az

Baxış sayı: 3922 | Tarix: 29.01.2019
Bizi Telegramda izləyin: @repostaz