Şəbnəm Tovuzlu həyat yoldaşını yatılı qoyub efirə gəlib.
 
RePost.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu müğənni "Hər şey daxil"də etiraf edib.
 
Şəbnəm Hacının onun sənətinə böyük hörmətinin olduğunu bildirib:
 
"Mən 5 ildir ailə qurmamışam. Ailə qurmamışdan öncə də bilənlər bilir ki, qazanan xanım olmuşam. Bu şəxs bilir ki, mən ailəmi sevdiyim kimi sənətimi də sevirəm. Bu gün o evdə yatır, mən gəlmişəm efirə. Hələ bəh-bəhlə də oturub baxır. Çünki sənətimi sevir, hörmət edir".
 
Qeyd edək ki, hacı Rafiq kimi tanınan iş adamı ilə evlidir.
 
RePost.Az

Baxış sayı: 3941 | Tarix: 18.02.2019
Bizi Telegramda izləyin: @repostaz