“Barselona” klubunun hücumçusu Neymar Beynəlxalq İdman Tədqiqat Mərkəzinin (CIES) versiyasına əsasən dünyanın ən bahalı hücumçusu seçilib.
 
RePost.az xəbər verir ki,Braziliyalının transferi 246,8 milyon avro dəyərində qiymətləndirilir. İlk üçlüyə həmçinin “Barselona”nın digər hücumçusu Lionel Messi (170,5 milyon avro) və “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba (155,3 milyon avro) daxil edilib. 
 
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) versiyasına görə 2016-cı ilin ən yaxşı futbolçusu adına layiq görülən və “Qızıl top” mükafatını qazanan Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo siyahıda yalnız yeddinci pillədə qərarlaşıb (126,5 milyon avro).
 
Qeyd edək ki, ilk onluqda həmçinin Antuan Qrizmann (“Atletiko”), Luis Suares (“Barselona”), Harri Keyn (“Tottenhem”), Paulo Dibala (“Yuventus”), Dele Alli (“Tottenhem”) və Eden Azarın (“Çelsi”) adı var.
 
Beynəlxalq İdman Tədqiqat Mərkəzi reytinqin hazırlanmasında futbolçuların statistik göstəricilərini, oyun vaxtını, yaşını və müqaviləsini nəzərə alıb. 
 
RePost.az

 

 

Baxış sayı: 3010 | Tarix: 16.01.2017
Bizi Telegramda izləyin: @repostaz