Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının iki hərbi qulluqçusuna ali hərbi rütbə verilib. 
 
Prezident İlham Əliyevin imzaladığı sərəncamı AZƏRTAC dərc edib. 
 
Sənədə əsasən, polkovnik Muradov İnqilab Heydər oğlu və polkovnik Niftaliyev Səlim Cəfər oğluna general-mayor ali hərbi rütbəsi verilib.
 
RePost.Az

Baxış sayı: 2649 | Tarix: 07.03.2019
Bizi Telegramda izləyin: @repostaz