Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması başa çatdı.

RePost.Az xəbər verir ki, fnal görüşündə Londonun “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edib.

Nominal ev sahibinin “Çelsi”nin start heyətində meydana Kepa Arrisabalaqa (1), Sezar Aspilikueta (28), Andreas Kristiensen (27), David Luis (30), Emerson Palmieri (33), Mateo Kovaçiç (17), Jorjinyo (5), Nqolo Kante (7), Pedro Rodriqes (11), Oliviye Jiru (18) və Eden Hazard (10) meydana çıxıblar.

“Arsenal” klubunun start heyətində isə Petr Çex (q), Sead Kolaşinats (31), Loran Koselni (6), Sokratis Papastatopulos (5), Naço Monreal (18), Enzli Meytlend-Naylz (15), Qranit Xaka (34), Lukas Torreyra (11), Pyer-Emerik Obameyanq (14), Mesut Özil (10) və Aleksandr Lakezet (9) yer alıblar.

Oyunu italiyalı referi Canluka Rokki idarə edir. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunacaq. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar dördüncü əvəzləmədən istifadə edə biləcəklər. Əgər matçın əsas vaxtında qalib müəyyənləşməzsə və əlavə vaxt təyin olunarsa komandalar dördüncü əvəzetmədən istifadə edəcəklər.

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında ikinci hissənin əvvəlində - matçın 49-cu dəqiqəsində “Çelsi” komandası hesabı açıb. Emerson Palmierinin ötürməsindən sonra fransalı hücumçu Olivye Jiru dəqiq baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb - 1:0.

Fransalı forvard bu qol sayəsində turnirdə vurduğu qolların sayını 11-ə çatdıraraq bombardirlər siyahısında birinciliyini qoruyub.

Matçın 60-cı dəqiqəsində “Arsenal”ın cərimə meydançasına daxil olan Eden Hazardın ideal ötürməsindən sonra Pedro Rodriges topu saxlamadan qapıya göndərib – 2:0.

İspaniyalı hücumçu bu qələbə sayəsində UEFA Avropa Liqasının cari mövsümündə meydana çıxdığı 14 oyunda vurduğu qolların sayını 5-ə çatdırıb.

“Çelsi” komandası 65-ci dəqiqədə üçüncü topu “Arsenal”ın qapısından keçirərək hesab arasındakı fərqi daha da artırıb.

Hakim Enzli Meytlend-Naylzın Oluvye Jiruya qarşı kobud oyununa görə “topçular”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.

Zərbəni dəqiq yerinə yetirən Eden Hazard “Çelsi”nin üçüncü topunu “Arsenal”ın qapısından keçirib.

Lakin bu qoldan 4 dəqiqə sonra “Arsenal” vurulan toplardan birinin əvəzini çıxıb. Müdafiəçilərdən qayıdan topa cərimə meydançasından kənarda qüvvətli zərbə vuran Aleks Ayvobi hesab arasındakı fərqi azaldıb – 3:1.

Amma “Çelsi” – “Arsenal” görüşünün 72-ci dəqiqəsində hesab yenidən dəyişib.

“Çelsi”nin sürətli əks-hücumu zamanı Eden Hazard Olivye Jiru ilə qısa ötürmələrlə qurduqları gözəl kombinasiyanı qolla tamamlayıb – 4:1.

"Arsenal" bir neçə dəfə hesab arasında fərqi azaltmğa yaxın olsa da, yaranmış fürsətləri dəyərləndirə bilməyib. Beləliklə Bakı finalının qalibi "Çelsi" oldu.

Xatırladaq ki, “Çelsi” isə 2012-2013-cü il mövsümündə də UEFA Avropa Liqasının qalibi adını qazanıb.

 

RePost.Az


Baxış sayı: 3162 | Tarix: 30.05.2019
Bizi Telegramda izləyin: @repostaz