Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov əsgərlikdən qayıdıb.
 
RePost.Az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında video paylaşaraq məlumat verib.
 
"Balamın biri qayıtdı, başımı uca etdin, övladım, çox sağol. Evimizin son beşiyi olan hazırda Azərbaycan Respublikasına xidmət edən Jerar Qafarovun - ikinci oğlumun əsgərlikdən gəlməyini gözləyirik. Fəxr edirəm ki, iki igid əsgər anasıyam, azərbaycanlıyam” deyə, Roza yazıb.
 
Qeyd edək ki, Corc və Jerar Roza Zərgərlinin mənəvi övladlarıdır. Corc aktyorluq fəaliyyəti ilə məşğuldur.
 
RePost.Az


Baxış sayı: 4777