Azərbaycanda gənc yazar evində ölü tapılıb.
 
RePost.Az-ın məlumatına görə, Mahmud Ağakişiyev (İkinci Mahmud) bu gün yaşadığı Xətai rayonunda yerləşən evində vəfat edib.
 
Yazıçının dostu Ömər Xəyyam APA-ya açıqlamasında bildirib ki, M.Ağakişiyev bu gün səhər saatlarında həyat yoldaşına Könül Ağakişiyevaya zəng edərək ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb.
 
RePost.Az

Baxış sayı: 3732 | Tarix: 06.07.2019
Bizi Telegramda izləyin: @repostaz