Azərbaycanın Şimal-qərb qapısı bağlanıb. RePost.Az xəbər verir ki, bu gün saat 14:00-dan Mazımçay gömrük məntəqəsinin işində problem yaranıb. Avtomobillə ölkəyə giriş və çıxış dayandırılıb. Səbəbini isə sistemdə yaranmış problemlə izah edirlər. Amma çox maraqlıdır ki, sistemdə yaranmış problem sərhədçilərin işinə təsir etməyib. Piyadaların keçidinə heç bir məhdudiyyət qoyulmayıb. Sərhədçilər heç bir problem olmadığını desə də, gömrükçülər izahat verməkdən boyun qaçırırlar. Ölkədən çıxmaq üçün növbə gözləyən maşınların sayı isə mini keçib.

Baxış sayı: 2392