Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.
 
RePost.Az xəbər verir ki, Mehriban Əliyeva bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb. 
 
Azərbaycanın birinci xanımının medalla təltif olunması ilə bağlı qərar Kremlin internet-portalında yer alıb. 

Baxış sayı: 3067 | Tarix: 13.08.2019
Bizi Telegramda izləyin: @repostaz