Dünya şöhrətli idman brendi “Adidas” şirkəti Güney Azərbaycanın “Traxtur” futbol komandasının sponsoru olub.
 
RePost.Az-ın məlumatına görə, bu, barədə avqustun 13-də Təbrizin Purşərifi salonunda keçirilən tədbirdə məlumat verilib. “Traxtur” klubu təqdimat mərasimində komandanın yeni köynəyi, loqosu və oyunçuların nömrəsini təqdim edib.
 
Mərasimdə təxminən 10 min “Traxtur” tərəfdarı iştirak edib, onların arasında çox sayda qadın tərəfdar da olub.
 
Mərasimə klubun sahibi Məhəmmədrza Zenuzi və atası, baş məşqçisi Mustafa Dənizli və klubun digər məsulları da qatılıb.
 
“Traxtur”un 19-cu super liqa yarışlarındakı köynəyi Məsud Şocayi, Əşkan Dejaqe, Ehsan Hacısəfi, Rza Əsədi və Məhəmmədrza Azadi tərəfindən təqdim olunub. Ondan sonra komanda oyunçuları “Adidas” şirkəti tərəfindən hazırlanan köynəklə “Traxtur” tərəfdarlarına nümayiş etdiriblər.
 

Baxış sayı: 1591