İranlı qadın bodibildinqçi Şirin Nobahari selfi çəkərək sosial şəbəkədə paylaşdığına görə həbs olunub.

RePos.Az “Daily Mail”ə istinadən  xəbər verir ki, İran hakimiyyəti onun bu hərəkətini “islam normaları"na zidd sayıb.

Məlumata görə, Şirin Nobahari məhkəmənin istədiyi girov pulunu ödəyə bilməyib.


Qeyd edək ki, o, qadınlar arasında bodibildinq üzrə yarışlarda iştirak edən İranın iki idmançısından biridir.


Baxış sayı: 2934 | Tarix: 19.01.2017
Bizi Telegramda izləyin: @repostaz