Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
 
RePost.Az xəbər verir ki, Monakoda keçirilən tədbirdə klubların qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
 
Ağdam təmsilçisi A qrupunda yer alıb.
 
Komandamız qrupdan çıxmaq üçün "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klubları ilə mübarizə aparacaq. 
 
Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.
 

Baxış sayı: 3219 | Tarix: 30.08.2019
Bizi Telegramda izləyin: @repostaz