Dünya futbol tarixində nadir sayılacaq kuryoz hadisələrdən biri qeydə alınıb. 
 
RePost.Az xəbər verir ki, Çexiyada gənclərdən ibarət milli çempionatda hakim sərxoş vəziyyətdə meydana daxil olub. 
 
Yan xətt hakimi olan Milan Sefara sərxoş vəziyyətdə oyunu idarə etdiyi üçün biabır olub. 
 
Azarkeşlərin hakimi ələ salmasından sonra ictimailəşən hadisə ilə bağlı Çexiya Futbol Federasiyası araşdırmalara başlayıb. Əgər hakimin sərxoş halda oyunu idarə etməsi təsdiqini taparsa, onu diskvalifikasiya gözləyir.
 
RePost.Az


Baxış sayı: 1708