"Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir".
 
RePost.Az xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək: "Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm".
 
Daha sonra F.Laçın jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib.
 
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb. 
 


Baxış sayı: 1069