"Mən əyləncə sektorunda çalışsam da, amma televiziyanı qurşaqdan aşağı zarafatlarla və ya bayağı mövzularla əyləndirmək düzgün deyil".
 
BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olan Xalq artisti Faiq Ağayev bildirib.
 
O, qeyd edib ki, kanalların səviyyəsindən razı deyil: "Mən bu barədə kanalların rəhbərlərinə də demişəm. Elə verlişlər var ki, bütünlüklə ləğv olunmalıdır. Elə də verlişlər var ki, maraqlıdır, aparıcısı dəyişməlidir, çünki o verlişin haqqını vermir. Dəyişiləsi bir çox şeylər var.
 
Məni pərişan edən odur ki, filmlərimizdə də eyni mənzərədir. Yalnız və yalnız komediyalar çəkilir. Nə qədər bu camaatı güldürmək olar? Düşündürmək də, faydalı məlumatlar da vermək lazımdır. Anlayıram, televiziyalar indi özünü maliyyələşdirmədədir. Müstəqil kanallardır və burda reklam verən şəıxslərin təzyiqlərini də nəzərə almalıyıq".


Baxış sayı: 1024