İstanbulda Amerikan Xəstəxanasına köçürülən hüquqşünas Oqtay Gülalıyev dünən növbəti dəfə əməliyyat olunub.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Gülalıyev ailəsinə yaxın olan və İstanbulda yaşayan Yaqut Misirxanlı xəbər paylaşıb.
 
O bildirib ki, dünən əməliyyatla Oqtay Gülalıyevin başındakı qanlı su təmizlənib:
 
“Bu gün rəngi özünə qayıdıb, xeyli yaxşı görünürdü. Həkimi Mehdi Sasani deyir ki, bu elə böyük bir emeliyyat deyil, amma bu kirli suyu təmizləmək onu rahatladacaq. İndi nəfəs alması da yaxşılaşıb, yavaş-yavaş müqaviməti bərpa olur. Sonrasını müalicə göstərəcək”.
 
Həkimlərlə söhbətləşən Y.Misirxanlı sözlərinə əlavə edib ki, O.Gülalıyevin qısa zamanda komadan ayılma ehtimalı böyükdür.

Baxış sayı: 2763 | Tarix: 22.11.2019
Bizi Telegramda izləyin: @repostaz