Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.
 
BAKU.WS xəbər verir ki, sərgidə İnnovasiyalar Agentliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşüblər.
 
Kurs iştirakçıları hazırladıqları modelləri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya nümayiş etdiriblər.
 
Şəhid övladlarının çıxışı birinci xanım Mehriban Əliyevanı kövrəldib. 
 
Sözügedən kadrları təqdim edirik: 

Baxış sayı: 700