Milli Məclisə növbədənkənar seçkilərlə bağlı tarix açıqlandıqdan sonra dairələr üzrə namizədlər bəlli olmağa başlayıb.
 
Təşəbbüs qrupu tərəfindən Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) sədri, tanınmış gənc ictimai-siyasi xadim Anar Əsədlinin də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.
 
Qubadlı və Zəngilandan olan bir qrup ziyalı müraciət imzalayaraq, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Anar Əsəd oğlu Əsədli ilə təmsil olunmaq fikrində olduqlarını bildiriblər. Həmin müraciətdə deyilir ki, “Zəngilanın köklü ailələrindən biri olan Əsəd Əsədovun ailəsində doğulan Anar Əsədli çox gənc yaşlarından intellekti, vətənpərvərliyi, ictimai fəallığı, hüquqi savadı, siyasi təfəkkürü və milliyyətçiliyi ilə parlayan Azərbaycan gənclərindən biri olmuşdur. Ölkəni beynəlxalq arenada layiqincə təmsil etmiş, qeyri-hökumət təşkilatının rəhbəri olaraq, bir çox uğurlu layihələrə imza atmışdır. Qarabağ, konkret olaraq Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılmasında və qəbul edilməsində bir çox konfransların təşkilatçısı olmuş və bu sahədə ciddi mütəxəssislərdən biridir. Anar Əsədlinin respublika səviyyəsində tanınması, ölkəmizin həyatındakı kifayət qədər ictimai siyasi aktivliyi, biz qubadlılar və zəngilanlılarda onun gələcək siyasi fəaliyyəti üçün ciddi inam yaratmışdır”.
 
Ziyalılar bu məqsədlə təşəbbüs qrupu yaratdıqlarını bildirir və bu dairədən olan bütün seçiciləri dəstək olmağa çağırırlar.
 
Müraciəti təqdim edirik:
 
Əziz qubadlılar və zəngilanlılar!
 
Ölkəmiz növbədənkənar parlament seçkiləri ərəfəsindədir. Dünyada və bölgəmizdə cərəyan edən siyasi proseslərə azacıq diqqət etdikdə, bu seçkilərin nə qədər taleyüklü bir hadisə olduğunu görmüş oluruq. Belə bir tarixi məqamda məsuliyyətli və doğru seçim etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. 1993-cü ildən Bakıda və respublikanın digər bölgələrində məcburən məskunlaşmış qubadlılar və zəngilanlılar da ölkənin taleyüklü məsələlərinə münasibətdə hər zaman örnək vətəndaş mövqeyi ortaya qoymuşlar. 9 fevral 2020-ci ildə nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərində də qubadlılar və zəngilanlılar hər zaman olduğu kimi yenidən sağlam mövqelərini bir daha ortaya qoyaraq, növbəti Milli Məclisdə ən layiqli nümayəndəsi ilə təmsil olunmaq fikrində və əzmindədir. Biz qubadlılar və zəngilanlılar olaraq, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Anar Əsəd oğlu Əsədli ilə təmsil olunmaq fikrindəyik.
 
Zəngilanın köklü ailələrindən biri olan Əsəd Əsədovun ailəsində doğulan Anar Əsədli çox gənc yaşlarından intellekti, vətənpərvərliyi, ictimai fəallığı, hüquqi savadı, siyasi təfəkkürü və milliyyətçiliyi ilə parlayan Azərbaycan gənclərindən biri olmuşdur. Ölkəni beynəlxalq arenada layiqincə təmsil etmiş, qeyri-hökumət təşkilatının rəhbəri olaraq, bir çox uğurlu layihələrə imza atmışdır. Qarabağ, konkret olaraq Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılmasında və qəbul edilməsində bir çox konfransların təşkilatçısı olmuş və bu sahədə ciddi mütəxəssislərdən biridir. Anar Əsədlinin respublika səviyyəsində tanınması, ölkəmizin həyatındakı kifayət qədər ictimai siyasi aktivliyi, biz qubadlılar və zəngilanlılarda onun gələcək siyasi fəaliyyəti üçün ciddi inam yaratmışdır. Anar Əsədlinin Azərbaycanın ictimai siyasi həyatında aktivliyi və vətənpərvərliyi eyni zamanda dairəmizdə də iqtisadi və sosial problemlərin həllinə yönəlik ciddi töhvələr verəcəyi inamını yaradır. Bütün bunları nəzərə alaraq, aşağıda sadalanan şəxslər, Anar Əsəd oğlu Əsədlinin 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədliyinin irəli sürülməsi ilə bağlı təşəbbüs göstərir və bütün seçicilərimizi bizə dəstək olmağa çağırırıq.
 
Əşrəf Şükürov- Zəngilan rayon veteranlar şurasının sədri
 
Şərif Bəşirov – ağsaqqal
 
Famil Abdullayev – ağsaqqal
 
Məhəmmədəli Qarayev- ağsaqqal
 
Yavər Məcidov- ehtiyatda olan hərbçi
 
Baba Alışov – ağsaqqal
 
Məzahir Qocayev – həkim
 
Azər Qocayev – ziyalı
 
Şura Sayılova- ağbirçək, ziyalı
 
Solmaz Əliyeva – müəllimə
 
Xəzəngül Nəsirova – müəllimə
 
Gülarə Ələkbərova – müəllimə
 
Sahibə Qulubəyli- müəllimə
 
Nahidə Rəsulova – müəllimə
 
Gülnar Rəsulova -SOCAR (ARDNŞ) əməkdaşı
 
Fəxrəddin Təhməzov – Müəllim
 
Ağaverdi Nəsirov – müəllim
 
Nail İsmayılov – Qarabağ qazisi
 
Hicran Quliyeva – sahibkar
 
Əli Həsənov – Ziyalı
 
Vidadi Bəxtiyarov – Ziyalı
 
Möhübbət Qurbanov – Ziyalı
 
Davud Cəfərov- ziyalı
 
Rəşad Şükürov – Bank əməkdaşı
 
Aqil Dadaşzadə – ehtiyatda olan zabit, hüquqşünas
 
Səbuhi Zamanov- müharibə veteranı
 
Zaur Mahmudov – Jurnalist
 
Zaur Nəcəfzadə – sahibkar
 
Natiq Namazov-iş adamı
 
Elçin Yaqubov – dövlət məmuru
 
Sərdar Məcidov – iş adamı
 
Seyid Faiq Əhmədov
 
Nicat Ağazadə – kiçik sahibkar
 
Saleh Həsənov – İnsan resursları üzrə mütəxəssis
 
Abbas Cəfərov – tələbə

Baxış sayı: 2953 | Tarix: 09.12.2019
Bizi Telegramda izləyin: @repostaz