ABŞ Prezidenti Donald Tramp qondarma “erməni soyqırımı” qətnaməsini təsdiqləməyib. ABŞ Dövlət Departamenti çərşənbə axşamı günü bildirib ki, Konqresin bu yaxınlarda erməni soyqırımını tanımasının Tramp administrasiyasının siyasəti ilə heç bir əlaqəsi yoxdur.
 
Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib ki, “bizim mövqemiz prezident Trampın ötən aprel ayındakı bəyanatının təzahürüdür”.
 
ABŞ dövlət başçısı aprel ayının 24-ü Ermənilərin Anım Günü açıqladığı bəyanatında hadisəni 20-ci əsrdə ilk kütləvi qətllər kimi qiymətləndirsə də, bunu soyqırım adlandırmayıb.
 
Xatırladaq ki, ötən həftə ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib.

Baxış sayı: 3276 | Tarix: 18.12.2019
Bizi Telegramda izləyin: @repostaz