İraq parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılmasına qərar versə də, Vaşinqtonun bu istəyi yerinə yetirəcəyi real görsənmir.
 
BAKU.WS TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Donald Tramp da ABŞ qoşunlarının İraqdan çıxmayacağı ilə bağlı açıqlama verib.
 
O, əlavə edib ki, ABŞ-a qarşı hansısa düşmənçilik olarsa, rəsmi Bağdada qarşı şiddətlıi sanksiyalar tətbiq olunacaq:
 
"İraqda bahalı aviabazalarımız var. Bunlar bizə milyardlarla dollara başa gəlib. Bunun üçün ABŞ-a ödəniş olmasa, ölkəni tərk etməyəcəyik. Əgər bizə qarşı düşmənçilik olarsa, İraqa qarşı elə sanksiyalar tətbiq edəcəyik".
 
Qeyd edək ki, İraq parlamentinin keçirdiyi növbədən kənar fövqəladə iclası zamanı ABŞ ordusu və koalisiya qüvvələrinin ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənib.
 
İraq parlamentinin iclasında baş nazirin vəzifəsini icra edən Adil Əbdül Mehdi çıxış edərək parlamentdən ABŞ hərbçilərinin İraq ərazisindən çıxarılmasını istəyib.
 

Baxış sayı: 889