İsveçin Uppsala şəhərində bir evdə gənc qadına təcavüz edən 3 şübhəli şəxs təcavüz səhnələrini Facebook-da canlı yayımlayıb.

RePost.Az-ın baku.ws-ə istinadən verdiyi məlumatına görə, polis 20 yaşlarındakı üç gənci işbaşında yaxalayıb. Müəyyən olunan ünvana gedən polis dəstələri canlı yayından xəbərsiz evin qapısını döyərək içəridəki təcavüzə uğrayan qadın və iki kişi ilə danışmağa başlayıb.
 
Evdəki kişiləri saxlayan polis təcavüzə uğrayan gənc qadını dəlillərin təsbiti üçün xəstəxanaya göndərib. 
 
Qeyd edək ki, İsveç qanunlarına görə bu cür əməl törədənlər ən az 4 il, ən çox isə 10 il həbs edilir.


Baxış sayı: 3162 | Tarix: 24.01.2017
Bizi Telegramda izləyin: @repostaz