Təbrizli fəal Arəş Şadmənd həbs edilib. Onun nədə ittiham olunduğu barədə məlumat verilməyib.
 
RePost.Az "Azad İran" kanalına istinadən xəbər verir ki, Təbriz İslam İncəsənət Universitetinin Fotoqrafiya və Multimedia Sənəti üzrə magistr (lisans üstü) öyrəncisi, incəsənət müəllimi  Arəş Şadmənd İranın hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən tutulub.
 
Gənc fotoqrafın evinə basqın edən təhlükəsizlik orqanının məmurları heç bir məhkəmə sənədi təqdim etmədən fəalın evində axtarış aparıb, onun şəxsi əşyalarını, o cümlədən noutbuk (ləptab), mobil telefon, hard disk, yaddaş kartı və fotoaparatını müsadirə ediblər.
 
Sentyabrın 30-da tutulan fəalın həbsi barədə bilgi oktyabrın 3-də yaxınları tərəfindən yayılıb.
 
Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərindən olan və Təbrizdə yaşayan Arəş Şadmənd bundan öncə 2018-ci ilin oktyabr ayında müəllimlərin oturaq aksiyasına qatıldığı üçün təhlükəsizlik idarəsinə çağrılaraq dindirilib və hədələnmişdi.

Baxış sayı: 4720 | Tarix: 04.10.2021
Bizi Telegramda izləyin: @repostaz