Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin III tur matçlarından sonra ən yaxşı adına 4 iddiaçını açıqlayıb.
 
Bunlar qapıçı Alisson Bekker (“Liverpul”), müdafiəçilər Deyli Blind (“Ayaks”), Sebastyan Koates (“Sportinq”) və hücumçu Noar Okafordur (“Zalsburq”).
 
Azarkeşlər arasında aparılan səsvermənin nəticəsi sabah açıqlanacaq.

Baxış sayı: 3523 | Tarix: 21.10.2021
Bizi Telegramda izləyin: @repostaz