Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.
 
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
 
Məlumata görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevə "Qarabağ" futbol klubunun forması hədiyyə olunub.
 
Hədiyyəni dövlət başçısına klub prezidenti Tahir Gözəl təqdim edib. 10 nömrəli formanın üzərində Azərbaycan Prezidenti İlham Əliyevin ad və soyadı yazılıb.
 
Həmçinin dövlət başçısına UEFA Konfrans Liqasının topu da təqdim edilib.

Baxış sayı: 5176 | Tarix: 13.12.2021
Bizi Telegramda izləyin: @repostaz