“Azəristiliktəchizat” ASC-nin SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 01.11.2023 tarixinə 37,5 mln. manat həcmində debitor borcu var.
 
Bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
 
Onun sözlərinə görə, qeyd olunan məbləğın 22,9 mln. manatı öz təstiqini tapıb və razılaşdırılıb, lakin yerdə qalan məbləğ hələ ki, müzakirə mövzusudur.
 
"Qalan məbləğlər ciddi şəkildə müzakirə mövzusu olmasa da, amma hər halda hələlik öz təstiqini tapmayıb.Yəqin ki, iki dövlət arasında yerdə qalan məbləğ mövzusu öz həllini tapacaq", - Eldəniz Vəliyev qeyd edib.
 
Qeyd etmək lazımdır ki, 2021-2022-ci illərin istilik mövsümündə “Azəristiliktəchizat”ın istifadə edilmiş qaza görə “Azəriqaz”a debitor borcu ilə bağlı məsələ gündəmdə idi, lakin sonra problem öz həllini tapdı.

Baxış sayı: 9033 | Tarix: 01.12.2023
Bizi Telegramda izləyin: @repostaz