Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
	 
	Günün yeganə matçında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək.
	 
	Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç 19:00-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 43 xalla 4-cü, bakılılar isə 45 xalla 2-ci pillədə qərarlaşıb.
	Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.