2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 607 ədəd minik avtomobili, 200 ədəd isə yük avtomobili istehsal edilib.
 
Dövlət Statistika Komitəsinin xəbərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 34.4% azalıb, yük avtomobili istehsalı isə 37.9% artıb.
 
Qeyd edək ki, cari ilin aprel ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 226 ədəd minik, 67 ədəd isə yük avtomobili təşkil edib.
 
Xatırladaq ki, bu dövrdə ölkədə 166 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.2% azdır.

Baxış sayı: 6164 | Tarix: 15.04.2024
Bizi Telegramda izləyin: @repostaz