Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.
 
RePost.Az xəbər verir ki, bu barədə jurnalist Eynulla Fətullayev məlumat verib.
 
O bildirib ki, icra başçısının müavinlərinın hamısı saxlanılıb.
 
Qeyd edək ki, Abşeronun icra başçısı Gülməmmədova İradə Akif qızıdır. Onun I müavini Həsənov Məhəmməd, müavinləri isə Cəbrayılov Fuad və Quluyev İlhamdır.
 
İ.Gülməmmədova 2015-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısıdır. 

Baxış sayı: 3409 | Tarix: 22.06.2020
Bizi Telegramda izləyin: @repostaz