Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.
 
Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,22 ABŞ dolları və ya 2% artaraq 113,11 ABŞ dolları olub.
 
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110,89 ABŞ dolları təşkil edib.
 
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Baxış sayı: 217 | Tarix: 23.04.2026
Bizi Telegramda izləyin: @repostaz