Müğənni Nüşabə Musayeva sosial şəbəkədə özünə dəbdəbəli ad günü keçirdiyi restorandan video paylaşıb.
 
RePost.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni və yaxınları maska taxmadan, sosial məsafə gözləmədən şənlik ediblər.
 
Videoda restoranın digər hissəsində bəylə gəlin də kadra düşüb. Novxanıda yerləşən restoranda eyni zamanda toy məclisi də təşkil olunub.
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib.
 
Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır.
 
Məsələ ilə bağlı açıqlama verən DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələnin araşdırıldığını bildirib:
 
“Hazırda sözügedən görüntülər araşdırılır, fakt təsdiqini taparsa, qanuna uyğun şəkildə tədbir görüləcək”, - deyə E. Zahidov bildirib.


Baxış sayı: 2516 | Tarix: 21.08.2020
Bizi Telegramda izləyin: @repostaz