Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin komanda qərargah məntəqəsinə zərbələr endirilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, dəqiq atəş zərbələri kamikadze-dronlar vasitəsilə yerinə yetirilib.
 
Zərbə endirilərkən qərargahda Ermənistan ordusunun yüksək rütbəli zabitləri olub. Komanda qərargah məntəqəsinin darmadağın edildiyi, düşmənin xeyli itki verdiyi barədə məlumatlar var. 


Baxış sayı: 2630 | Tarix: 09.10.2020
Bizi Telegramda izləyin: @repostaz