Aydaxo Universitetindən olan planetoloq Ceyson Barns Ay və Yerin mümkün toqquşma tarixini açıqlayıb.  
 
RePost.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə alim “Forbes”in köşə yazıçısı Bryus Dormini ilə söhbət zamanı bildirib. 
 
Ekspert ehtimal edir ki, peyk və planet 65 milyard il sonra toqquşa bilər. Barnsın proqnozu, bu zamana qədər Yer-Ay sistemi Günəşi udmadığı halda mümkündür. 
 
Peykin və planetin toqquşma səbəbi Yerin öz oxu ətrafında fırlanma sürətinin azalması olacaq. Müxtəlif dəyərləndirmələrə görə, bu, 50 milyard ildən sonra baş verə bilər. Bu zaman üçün Ayın öz oxu ətrafında fırlanması 47 sutka sürəcək.
 
Hazırda peyk öz oxu ətrafında 27 sutka ərzində fırlanır. Yer isə öz oxu ətrafında bir sutka ərzində fırlanmağa davam edir. 
 
Hazırda Ay Yerdən ildə təxminən dörd sm sürətlə uzaqlaşır. Təxminən altı milyard ildən sonra Günəş nəhəng qırmızı planetə çevriləcək, Merkuri və Veneranı udacaq. Alimlərin əksəriyyəti həmin zamana qədər Yerin də Günəş tərəfindən məhv ediləcəyini düşünürlər. 
 
RePost.Az 

Baxış sayı: 4492 | Tarix: 01.02.2017
Bizi Telegramda izləyin: @repostaz