ABŞ-Çin iqtisadi əlaqələrindəki böhrandan ən çox əziyyət çəkənlərdən biri “Huawei” şirkəti olacaq. ABŞ Ticarət Nazirliyi bu Çin şirkətini qara siyahıya salıb.
 
Dünya nəhəngi “Huawei” şirkətini casusluqda ittiham edir. Telekommunikasiya sektorunun nümayəndəsi bundan sonra “Android” sistemindən də məhrum olacaq.
 
Daha bir zərbə isə “Google”-dan gəlib. Bu şirkət də “Huawei” ilə əməkdaşlığı dayandırıb.
 
Problem ABŞ-ın Çindən gələn məhsullara idxal tariflərini artırmasıyla başladı. Çinlilər təxminən 200 milyard dollar artıq ödəmək məcburiyyətində qalacaq. Asiya ölkəsindən də analoji zərbə gəldi. ABŞ məhsullarına tariflər 60 milyard dollar artırıldı.

Baxış sayı: 2563