Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Dağlıq Qarabağ müzakirələri ilə bağlı yeni açıqlama verib.

O, açıqlamasında hazırda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı görüşlərin davam etdirildiyini bildirib.

“Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün Birgə Monitorinq Mərkəzinin yaradılması haqqında Rusiya ilə imzaladığımız memorandum çərçivə sənədidir, bunu tamamlamaq üçün üzərində işləmək lazımdır”, - deyə Hulusi Akar bildirib.

O həmçinin qeyd edib ki, Türkiyə və Rusiya nümayəndə heyətləri hazırda texniki məsələləri müzakirə edir və qarşılıqlı səylər davam etdirilir.


Baxış sayı: 2288 | Tarix: 17.11.2020
Bizi Telegramda izləyin: @repostaz