Hadrutda erməni terrorçuları ilə toqquşmada Azərbaycan hərbçisi şəhid olması xəbəri yayılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və Telegram kanallarında məlumat yayılıb.
 
M'lumata əsdasən, Hadrut istiqamətində erməni diversantların hücumu nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü çavuş Qəmbərov Elmir Rail oğlu şəhid olub.
 
İnsident ilə bağlı rəsmi açıqlama verilməyib. Erməni mənbələri isə 6 erməni terrorçusunun məhv edildiyini, 6 nəfərin isə əsir alındığını yazır. 
 
Ermənilərin analoji təxribatı Zəngilanda da törətdiyi haqda xəbərlər var.
 
 

Baxış sayı: 3485 | Tarix: 28.12.2020
Bizi Telegramda izləyin: @repostaz