Beynəlxalq gündəmdə olan mövzulardan Dağlıq Qarabağdakı vəziyyətə prioritet diqqət ayırdıq.
 
RePost.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
 
“Ankaranın münaqişə tərəflərinin öhdəliklərini yerinə yetirilməsinin icrasına göstərdiyi yardım səylərini alqışlayırıq”, - deyə S. Lavrov vurğulayıb.
 
XİN başçısı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasından da danışıb. O qeyd edib ki, bu Birgə Mərkəz Rusiya və Türkiyə prezidentləri arasındakı razılıq nəticəsində yaradılır: “Hazırda bu mərkəzin aktiv qurulması prosesi gedir”.

RePost.Az

Baxış sayı: 2231 | Tarix: 29.12.2020
Bizi Telegramda izləyin: @repostaz