Təbrizin "Traktor" klubunun keçmiş futbolçusu Mojtaba Tarşiz İranda davam edən etirazlar zamanı həyat yoldaşı ilə birlikdə öldürülüb.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
"Keçmiş peşəkar futbolçu Mojtaba Tarşiz və həyat yoldaşı azadlıq tələb etdikləri üçün rejim qüvvələri tərəfindən birlikdə qətlə yetiriliblər. Onlardan geriyə iki qızı qaldı",- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, 47 yaşlı Mojtaba Torşiz 2005-2007-ci və 2008-2011-ci illərdə "Traktor" klubunda çıxış edib. O, 2022-ci ildə futbolçu karyerasına son verib.