Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.
 
Bu barədə RePost.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonunun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Baxış sayı: 4416 | Tarix: 14.01.2021
Bizi Telegramda izləyin: @repostaz